ELEKTROMEXANİK

Şirkət: Glass House
Maaş: 1000 AZN

İş barədə məlumat

İş barədə məlumat – Şüşə zavoduna elektromexanik vakansiyası üçün 25-50 yaş arası müvafiq iş üzrə 3 ildən çox iş təcrübəsi olan namizədlər axtarılır. – İş növbəlidir, növbələr həftəlik olaraq dəyişir. – 6 günlük iş rejimidir, bazar günü istirahət günüdür, geyim forması və nahar verilir. – Əməkhaqqı müsahibə əsasında təyin ediləcək.

Namizədə tələblər

– Elektrik sxemlərinin oxunması,təmir və bərpa işlərinin həyata keçirilməsini həyata keçirir – Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir – Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil, istehsalın texniki hazırlığını təmin edir – Təmir üçün aidiyyatı təşkilatlarla planları (cədvəlləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün materialların hazırlanmasında iştirak edir – Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edir – Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir – Köhnəlmiş avadanlıq, maşın və mexanizmləri, obyektləri müəyyən edir, onların təmirini növbələşdirir – Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir – İstər təmir, istərsə də digər işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edilməsini rəhbərlik etdiyi sahənin işçilərindən tələb edir – Testerlərlə işləməyi bacarmalıdır – Ali təhsilli, rus və ya ingilis dillərini bilən namizədlər tələb olunur

Digər vakansiyalar

Mebel Quraşdırıcısı

MAĞAZA MÜDİRİ

Mebel ustası

Satış Meneceri

İnteryer Dizayn