"AZMOB" mebel sektorunun inkişafı və rəqabətə davamlı şirkətlərin formalaşması üçün mebel sektoruna özəl olaraq marketinq xidmətləri təklif edir

Niyə AZMOB-un marketinq xidmətlərindən istifadə etməliyəm, digərlərindən fərqi nədir?

Çünki AZMOB uzun müddətdir mebel sektorunda fəaliyyət göstərən bir təşkilatdır. Və ona görə də bu sektorda olan bütün şirkətləri, mebel bazarını və ümumilikdə bu seqmentdə fəaliyyət göstərən bütün biznes qollarına hakimdir. Bununla bərabər AZMOB Azərbaycanda bütünlükdə mebel sektorunun əhatə edən böyük bir bazar araşdırmasına statistik nəticələrə və müştəri bazasına malikdir. Bizim marketinq xidmətini seçməklə şirkətlər daha asan və operativ yolla mebel sektorunda inkişaf edə və satışlarını artıra bilərlər.

reqemsal marketing bg scaled

Rəqəmsal Marketinq

Onlayn uğurunuz

AZMOB Rəqəmsal Marketinq xidməti olaraq şirkətlərin onlayn bazarda uğurlu imic formalaşdırması və uğurlu satış etməsinə yardımçı olacaq. Nəzərə alsaq ki, rəqəmsal dünyada rəqabət böyüyür, onun qaydaları sürətli dəyişir. Məhz bu səbəbə görə brendlərlə potensial müştəri arasında əlaqə çətinləşir.

Markanızı sosial medyada uğurlu təmsil etmək üçün mütləq şəkildə düzgün rəqəmsal marketinq strategiyanız və  bu xidməti göstərən uğurlu komandanız və ya portniyor şirkətiniz olmalıdır.

AZMOB Rəqəmsal Marketinqi sizə aşağıdakı xidmətləri təklif edir:

  1. SMM xidməti – Şirkətinizə məxsus sosial şəbəkə hesablarının: Facebook, İnstagram, YouTube, TikTok, Linkedin hesablarının yaradılması və mövcud hesabların idarə olunması.
  2. Kontent xidməti – Məhsullarınız üçün sosial media paylaşımları və reklamlarınızda istifadə olunan konkentlərin yaradılması və idealarının verilməsi.
  3. Google, Facebook və İnstagram üzərindən reklam xidməti
  4. Rəqəmsal bazar üzrə bazar araşdırması, statistik təhlillərin aparılması

Brendinq və Reklam

Brendinizi ucaldaq

Mebel sektorunda çoxlu kiçik və mikro sahibkarlar var. Bəzən çox uğurlu satışlar və müştəri əlaqələrinin olmasına baxmayaraq bir müddət sonra mebel sektorunun kiçik sahibkarları böyüməkdə çətinlik çəkir. Apardığımız araşdırmalara əsasən mebel sektorunda xidmət göstərən kiçik sahibkarların 80% üzərində şirkətinin brendi yoxdur və ya uğursuz brendləşməyə məruz qalır.

AZMOB olaraq biz sizə aşağıdakı brendinq xidmətlərini təklif edirik:

  1. Yeni brendin yaradılması və ya şirkətin rebrendinq edilməsi
  2. Loqoların və brendlook-n hazırlanması xidmətləri
  3. Şirkətin və ya müəssisənin reklam strategiyasının hazırlanması
  4. Reklam bazarının araşdırılması və reklam təklifinin verilməsi
  5. Çap xidmətləri və Promo məhsullarının hazırlanması – şirkətlərə məxsus kataloqlar, flayerlər, bukletlər kimi çap xidmətləri eyni zamanda çantalar, dəftər ləvazimatları, bayraqlar, şirkət uniformaları və şirkətin rekvizitlərinin yer aldığı digər promo məhsulları xidmətləri
reklam bg scaled
banner

Veb Sayt Hazırlanması

Rəqəmsal vitrin

Mebel sektorunda rəqəmsal imic barədə böyük qıtlığın olduğunu nəzərə alırıq və müştərilərin rəqiblərinizin əvəzinə sizi seçməsi üçün həll təqdim edirik. AZMOB olaraq veb-sayt hazırlanması üzrə Alov Digital ilə əməkdaşlıq edərək sizində axtarış nəticələrində önə çıxardaraq potensial müştərilərlə əvvəldən etibarlı qurum olduğunuzu göstərmək məqsədilə veb-sayt hazırlanması xidmətləri göstəririk!

Outdoor və İndoor reklamlar

Fiziki metodlar

  • Outdoor reklamlar: şirkətlərin satışlarının artırılması və uğurlu reklam nəticələrinin əldə edilməsi üçün düzgün yerdə seçilmiş və düzgün hədəf kütləsinə ünvanlanmış çöl reklamlarının olması çox vacibdir. AZMOB  sizə aşağıdakı çöl reklamlarını təklif edir.
    1. Şəhərin müxtəlif küçə və prospektlərində əhalinin və avtomobillərin sıx olduğu yerdə Skroler reklam xidməti
    2. Açıq havada şəhər, rayonlarda Billboard xidməti
    3. Reklamlarınızın daha aydın işıqlı və gözoxşayan olması üçün sizə müxtəlif baxımlı yerlərdə lightbox xidmətini təklif edirik
    4. Müxtəlif video çarxlar, qısa məzmunlu video reklamlar və effektiv audio video görüntüləri yayımlanması üçün monitor xidmətləri
    5. Digər çöl reklamı xidmətləri – Hano, Prizma xidmətləri
    6. Daşıyıcı reklamlar – ictimai nəqliyyat və digər hərəkət edən daşıyıcı reklam reklam xidmətlərinidə təklif edirik buraya daxildir: avtobus və digər nəqliyyat növlərində reklam. Şirkətinizə məxsus nəqliyyat vasitələrinin üzərində reklam xidmətləri.

 

  • İndoor reklamlar: AZMOB şirkətlərdə qapalı məkanlarda reklam xidmətlərini təklif edir. Buraya daxildir:
    1. Yaşayış binalarında ictimai iaşə obyektlərində və insanların olduğu digər yaşayış nöqtələrində liftlərdə daxili monitorlarda reklam xidmətləri
billboard bg
media bg scaled

Media Xidmətləri

Genişçaplı reklam

AZMOB şirkətlərə ənənəvi və yeni mebel xidmətlərini təklif edir.

  1. TV və Radiolarda reklamların çəkilişi və yerləşdirilməsi
  2. Şirkətin reklam çarxlarının və sosial reklamlarının hazırlanması, çəkilişi və yayımlanması
  3. Website və agentliklərdə reklam yerlərinin təhlili və reklamların yerləşdirilməsi

Açılış və Event xidmətləri

Tədbirinizi təşkil edək

Əgər sizin şirkətinizin yeni filialı yeni showroom-u və ya mağazası açılırsa işin peşəkar səviyyədə qurulmasının təmin olunması üçün açılışların təşkili üzrə AZMOB xidmətinizdə olacaq. Bu zaman sizə açılışdan əvvəl açılış günü və sonrası a-dan z-ə bütün xidmətləri təklif edirik

Şirkətiniz hər hansı bir tədbirdə, sərgidə və ya X platformada təmsil olunursa, eyni zamanda sizin şirkətə məxsus özəl günlərin təşkili məsələsi gündəmdədirsə o zaman AZMOB sizə peşəkar Event təcrübəsi ilə köməklik göstərəcəkdir

event bg scaled
konsultasiya bg scaled

Biznes konsultasiyası

Gəlin irəliləyək

Şirkətinizin inkişafının  müxtəlif mərhələlərində sektorun ən mükəmməl təcrübəyə və statistikasına malik təşkilati tərəfdən sizə biznesin müxtəlif istiqamətlərində konsultasiya xidmətləri təklif edirik

  1. Biznesin inkişafı üzrə birdəfəlik aylıq və ya illik konsultasiya xidməti
  2. Satış və marketinq komandasının formalaşdırılması və komandaya satış / marketinq təlimlərinin keçirilməsi

Sizdə bu xidmətlərdən yararlanmaq istəyirsiniz?

AZMOB ilə mebel sektorunu inkişaf etdirməyi seçək.
Fürsət