18.04.2024
AZMOB biznes əlaqələrinin inkişaf etdirilməsi istiqamətində eyni zamanda mebel sənayesinin inkişafına dəstək olaraq tədbirlər planı çərçivəsində növbəti görüşünü həyata keçirdi. Son dövrdə mebel sektorunda istehsalçılar və təchizatçılar arasında mövcud olan tədarük problemləri, təchizat zəncirinin idarə olunması ilə bağlı məsələlərdə yaranmış problemlərin həll olunması üçün AZMOB növbəti layihəyə start verdi belə ki, mebel istehsalçıları ilə birgə təchizatçıları bir araya gətirərək onların məsələlərini dəyirmi masada müzakirəsini təşkil etdi. Bu dəfə mebel aksesuarları xammalı və yarımfabrikatlarının topdan və pərakəndə satışını təşkil edən Arsenal Group şirkəti ilə mebel istehsalçıları görüşdü. Görüşdə 1992-ci ildən fəaliyyət göstərən Arsenal Group şirkətinin rəhbəri Ülvi Hüseynov AZMOB şirkətinin rəhbəri Tural Ozan və 50-dən çox mebel şirkətlərinin rəhbərləri iştirak etdi.Görüşdə sahibkarlar dinlənildi, onların problemləri tələb və təklifləri eşidilərək müzakirəyə qoyuldu. Görüşün sonunda təchizatçı şirkət Arsenal Group ilə mebel istehsalçıları arasında yeni müqavilələr imzalandı və yeni əməkdaşlıq sözləşmələri barədə razılıqlar əldə olundu