22.04.2024
Dinçər Carçıoğlu şirkətinin dəvəti ilə AZMOB rəhbəri Tural Ozan və mebel sektorunda fəaliyyət göstərən digər şirkətlərin rəhbərləri və sahibkarları Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə işgüzar səfərə yollandılar. Səfər çərçivəsində mebel sektorunda tanınmış markalardan biri olan Türkiyənin məhşur Kastamonu şirkətinin Rusiyadakı istehsal fabrikində oldular. Kastamonunun istehsal fabriki ilə tanışlıq məhsulların istehsal proseslərinin izlənilməsi nəhəng anbarlarının iş prosesi göstərildikdən sonra Kastamonu şirkətinin rəhbəri ilə azərbaycanlı sahibkarlar arasında görüş keçirildi. Üç gün davam edən işgüzar görüş eyni zamanda Tatarıstan Respublikasının gəzməli və görməli yerlərinə səyahətlə davam etdi AZMOB olaraq səfərdən video blogları və görüş məlumatlarını təqdim edirik.