Xəbərlər
16.12.2009 - Əlvida blutuz :)
Blutuza alternativ hazırlanıb...
Davamın oxu »
26.11.2009 - Kasıblara pulsuz mobil telefonlar paylanacaq
Bütün xərclər telefon istehsalçıları tərəfindən ödəniləcək...
Davamın oxu »
27.10.2009 - «Nokia» «Apple» şirkətini məhkəməyə verib
«Nokia» rəqibini plagiatlıqda ittiham edir...
Davamın oxu »
06.10.2009 - Mobil telefonun akkumulyatorunun partlayışı insan həyatına son qoyub
Mobil telefonun akkumulyatorunun partlayışı insan həyatına son qoyub...
Davamın oxu »
03.10.2009 - Bu telefonlardan istifadə etməyin
Satışdakı cib telefonlarının radiasiya səviyyəsi araşdırılıb...
Davamın oxu »
23.09.2009 - “Nokia” şirkəti yeni mini-kompüterləri satışa çıxarır
Çəkisi bir kiloqramdan bir qədər çox olan kiçik kompüter naqilsiz telefon şəbəkələri vasitəsilə internetdən istifadəyə imkan verir...
Davamın oxu »
15.09.2009 - Təhsil Nazirliyi şagirdlərin məktəbə mobil telefonla gəlməsini qadağan edəcək
“Təhsil Nazirliyi şagirdlərin orta məktəblərə mobil telefon aparmasını və dərsdə bu telefonlardan istifadəni qadağan edəcək”. ...
Davamın oxu »
25.08.2009 - Mobil telefona görə bıçaqlandı
Şəxsi telefonunu geri ala bilməyən Elcan Məmmədov xəstəxanaya düşdü...
Davamın oxu »
15.07.2009 - Satışda 1 milyondan çox yararsız mobil telefon var
Keyfiyyətli İnkişaf Araşdırmalar Mərkəzinin keçirdiyi monitorinq nəticəsində aydın olub...
Davamın oxu »
Əlvida blutuz :) 16.12.2009 Blutuza alternativ hazırlanıb Some image

Blutuza alternativ hazırlanıb. Bu “TransferJet” texnologiyasıdır. 2008-ci ildə hazırlanan bu texnologiya məlumatı simsiz interfeys vasitəsilə saniyədə 560 meqabit sürətilə ötürür.

Bir müddət əvvəl “Sony” şirkəti “TransferJet”i dəstəkləyən seriyalı çipi təqdim edib. Çiplər “CXD3267AGG” və “CXD3268AGW” adlanırlar. Qiyməti 17 dollar olan bu çiplər artıq satışa çıxarılıb.

Onların müxtəlif mobil avadanlıqlarda, eləcə də kompüter, foto və video kameralarda istifadə ediləcəyi nəzərdə tutulub. Bu böyük həcmli informasiyaları bir qurğudan digərinə asanlıqla ötürməyə kömək edir.

Ancaq bu texnologiyanın da bir mənfi cəhəti var. Belə ki, “TransferJet”in fəaliyyət radiusu o qədər də böyük deyil. İnformasiyanın ötürülməsi üçün iki cihaz bir-birindən cəmi bir neçə sm aralıqda yerləşdirilməlidir.

Qeyd edək ki, hazırda “TransferJet”i 19 şirkət dəstəkləyir. Bunlar “Sony”, “Canon”, “Nikon”, “Samsung”, “Casio”, “Kodak”, “Olympus”, “NTT DoCoMo”, “Softbank Mobile”, “Toshiba” və “Sony Ericsson”dur.

Bu firmaların avadanlıqlarında tezliklə bu simsiz şəbəkənin tədbiqinə başlanılacağı gözlənilir.

www.anspress.com...